ABŞ dövlət katibi Qətərin blokadasını götürməyə çağırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Reks Tillerson ərəb ölkələrini Qətərin blokadasını götürməyə çağırıb.

Xatırladaq ki, Qətərin qonşuları iyunun əvvəlində onunla münasibətləri kəsib və bu ölkəni terroru dəstəkləməkdə, qonşuların daxili işlərinə qarışmaqda ittiham ediblər.

«Qətər düzəlmək yoluna qədəm qoyub, qurudan blokada isə hər şeydən əvvəl bu ölkənin adi sakinlərinə ziyan vurur» - deyə, Reks Tillerson bu ərəfədə Omandan olan həmkarı Yusuf ben Alaui ben Abdulla ilə görüşü zamanı bəyan edib.

Dövlət katibinin sözlərinə görə, Vaşinqton terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması barədəki memorandumun yerinə yetirilməsi istiqamətində Dohanın atdığı addımlardan məmnundur (sıxılmış qaz ixracı məsələsini yada sal - red.).

Tillerson əmin olduğunu bildirib ki, qonşuları xoş məram nümayişi qismində Qətərin blokadasını aradan götürəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar