Putin öz həyatından lətifə danışıb

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin bu günlərdə öz həyatından xeyli məzəli bir lətifə danışıb.

İlk dəfə Prezident kimi Kremlə gələrkən, ondan «Sizin üçün yeməyə nə hazırlayaq?» soruşublar. Putin deyib ki, «qrebyoşki» («qrebyoşki» - çanağı iki hissədən ibarət olan molyuskasıdır, çanağında mirvari yaranır) hazırlamaq olar.

Növbəti gün həmin yeməyi gətirirlər, amma dadı qeyri-adiliyi ilə Putinin dəqqətini çəkir. Prezidentin sözlərinə görə, mətbəx personalı bundan sevincək olur: «Allaha şükür ki, Sizin xoşunuza gəldi. Onu hazırlamaq üçün nə qədər toyuq kəsmişik…»

«İndi artıq onlar bilirlər ki, «qrebyoşki» - dəniz məhsuludur…» - Soçidəki «Sirius» təhsil mərkəzində uşaqlarla görüş zamanı Putin gülərək, əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar