Ən bahalı və ən ucuz ixtisaslar – SİYAHI + VİDEO

Dərc olunub: 24/07/2017 - 22:02

telebeAli məktəblərə qəbul imtahanları yekunlaşıb. Bundan sonra ixtisas seçimində iştirak edəcək abituriyentləri ən çox düşündürən məsələlərdən biri ödənişlərlə bağlıdır.

“AzPolitika”nın Xəzər TV-yə istinadla məlumatına görə, müşahidələr göstərir ki, bəzi dövlət və özəl universitetlərdə təhsil haqqı artırılıb.

İllik ödənişi ən yüksək olan ali təhsil müəssisəsi Azərbaycan Diplomatiya Akademiyasıdır. Burada 1-ci ixtisas qrupuna aid kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, 2-ci qrup üzrə iqtisadiyyat və biznesin idarə edilməsi ixtisaslarının illik ödənişi 6500 manat təşkil edir.

İkinci sırada Xəzər Universiteti gəlir. Universitetdə ingilis dilində tədris edilən kompüter mühəndisliyi, maliyyə, mühasibat uçotu və audit ixtisaslarında təhsil almaq üçün 5000 manat ödənilməlidir.

Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının illik ödənişi ötən il 3800 manat idisə, bu il 4300 manata qədər artırılıb.

Xəzər universitetinin Azərbaycan dili-ədəbiyyat, tarix, ibtidai sinif müəllimliyi, eləcə də tədrisi ingilis dilində olan tərcüməçilik, psixologiya ixtisasının illik ödənişi 4000 manatdır.
Tibb Universitetində müalicə işi və stomatologiya ixtisaslarında təhsil almaq üçün isə 3000 manat ödənilməlidir.

Ən ucuz ixtisaslar arasında ilk yerdə Dillər universitetinin alman, fransız və koreya dilləri üzrə tərcümə, eləcə də həmin dillər üzrə müəllimlik, Almaniya, ərəb ölkələri və Fransa üzrə regionşünaslıq ixtisasları ən ucuz hesab edilir. Belə ki, həmin ixtisaslar üzrə illik ödəniş 1000 manatdır.

Aviasiya Akademiyasının aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ixtisasının qiyməti 1200 manatdır.
Bakı dövlət universitetinin riyaziyyat və geologiya, eləcə də neft və sənaye universitetinin neft qaz, texnoloji maşınlar mühəndisliyi ixtisaslarının illik ödənişi 1400 manat təşkil edir.

Azərbaycan Texniki Universitetin elektrik, telekommunikasiya və radiotexnika, kompüter, informasiya texnologiyaları mühəndisliyi 1500 manat, Pedaqoji Universitetin fizika, riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil haqqı 1500 manatdır.

Memarlıq və İnşaat universitetinin mühəndislik ixtisaslarının illik ödənişi 1800 manat təşkil edir.












loading...


Fikrinizi bildirin