Rusiyada şaxtada partlayış baş verib – 2 nəfər itkin düşüb

Rusiyanın Kemerovo vilayətindəki “Anjerskaya Yujnaya” şaxtasında partlayış baş verib.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, mədəndə metan qazı partlayıb.

Hazırda dağıntılar altında qalan şaxtaçıların evakuasiyası həyata keçirilir. İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər itkin düşüb. 79 şaxtaçı özü şaxtadan çıxa bilib. Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar