Avropa çempionatının biletləri satışa çıxarılıb

22 sentyabr – 1 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək 2017 qadınlararası Avropa çempionatının biletləri bu gündən Bakıda satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, biletlərin qiyməti 3-5 manat arasında dəyişir.

Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manat olacaq. Bir adam maksimum 10 bilet ala bilər.

Biletləri ASAN-1, ASAN-2, ASAN-3, ASAN-4, ASAN-Sumqayıt, Heydər Əliyev Sarayında, Nizami küçəsi və Bülbül prospektinin kəsişməsində, Hökümət Evinin yanında və “Azərbaycan” kinoteatrının yanında, “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTickets” köşklərindən əldə etmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar