Qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib

Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar