ƏSƏDOVUN MİLYONÇUYA ÇEVRİLƏN RƏİSİ -  2 ilə sərvət toplayıb

"Ziya Məmmədovun “vurulması”ndan sonra onun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun da tutduğu vəzifədən çıxarılacağı, həbs ediləcəyi haqda məlumatlar yayılırdı. Amma gələn məlumatlar onu deməyə əsas verir ki, H.Əsədovun da başı üzərindən “qara bulud”lar çəkilib". Bu barədə "Yeni Müsavat" qəzetində dərc olunan yazıda məlumat verilir.

Yazıda daha sonra bildirilir: "Təkcə H.Əsədovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəhbər gətirdiyi Azər Süleymanovun fəaliyyətinə diqqət etmək kifayət edir ki, durum aydınlaşsın. H.Əsədov A.Süleymanovu həmin vəzifəyə 2 il əvvəl gətirsə də, gələn məlumatlar onu deməyə əsas verir ki, o, artıq milyonçular klubunun qapısını ürəklə döyə, içəri keçib yuxarı başda otura bilər.

Verilən məlumata görə, A.Süleymanov qısa müddətdə Göygöl rayonunda böyük ev, “Karusel” İstirahət Mərkəzi inşa etdirib, Mehdiabadda böyük villasının tikintisini və təmirini də başa çatdırıb. Qardaşı Azad Süleymanovun adına Binəqədi rayonu S.S.Axundov küçəsi, 7 C ünvanında “İsmayıloğlu” MTK-nın inşa etdiyi hündür mərtəbəli binanın II ala qapı, 6-cı mərtəbəsində 2 mənzili alaraq birləşdirib və hazırda orada təmir işləri ilə məşğuldur.

Respublika Baytarlıq Laboratoriyasında direktor müavini işləyən dayısı oğlu Elşad daima xaricdə turist səfərindədir. Xidmətin heyvan məhsullarına nəzarət şöbəsinin sektor müdiri qanunvericiliyə zidd olaraq dövlət qulluğu komissiyasından keçmədən 3 ildir qanunsuz müqavilə ilə vəzifə tutan Aydın Hüseynov isə “daxili bazarı koordinasiya” edir.

Belə ki, Aydın Hüseynov şirkətlərin istehsal etdiyi heyvandarlıq məhsullarının xaricə ixrac etmək üçün baytarlıq-sanitariya vəziyyətini guya ki, monitorinq etmək məqsədilə hər qeyri-iş günləri, gizlincə, respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən istehsal müəssisələrinə göndərilir və iş günləri isə heç bir şey olmamış kimi öz işinin üstündə olur. Onun belə səfərlərindən sonra həmin şirkətlərin xaricə məhsul çıxartmaq məqsədilə reystrə daxil edilmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəsatət verilir.

Bu səfərlərin iş günlərindən kənar olması həm də ortada qanundan kənar fəaliyyətin olmasına dəlalət edir. Mətbuatda yazılanlara görə, Aydın Hüseynov ölkəyə Rusiyanın Stavropol, Moskva vilayəti, Rostov, həmçinin İran və s. dövlətlərdən quşçuluq məhsulları idxal edən iş adamlarının başına olmazın “oyunları” gətirir. “İxrac edən ölkədə quş qripi var” deyərək əvvəlcə məhsulun Azərbaycana buraxılmayacağı səhnəsini “qurur”. Təlimata görə quş qripi baş verən ocaqdan 10 km radiusunda olan ərazidən quşçuluq məhsulu çıxarıla bilməz. Ancaq idxal sənədlərdən də göründüyü kimi, iş adamlarının ölkəyə idxal etdiyi məhsullar xəstəlik baş vermiş ərazidən 100 km məsafədə olan təsərrüfatdan çıxır. Belə olan halda 100 km məsafədə istehsal olunmuş quş məhsullarına heç bir məhdudiyyət qoyula biməz. Aydın Hüseynov və Azər Süleymanov tandemi bundan maddi maraqlar çərçivəsində manipulyasiya edərək böyük pullar qazanır. Bu, yalnız aysberqin görünən tərəfidir.

Heydər Əsədovun baş verənlərdən xəbərsiz olmasını söyləmək üçün sadəcə, sadəlövh olmaq vacib şərtdir!"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar