Miçiqan məhkəməsi 1,4 min İraqlının ABŞ-dan deportasiyasını dayandırıb

1582015533-miqrantAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Miçiqan ştatının federal hakimi Mark Holdsmit 1,4 mindən artıq İraq vətəndaşının ABŞ-dan deportasiyasını dayandırıb. «Röyter» agentliyinin məlumatına görə, həmin insanlar iyun ayında ABŞ-da aparılmış immiqrasiya yozlamaları zamanı saxlanmıblar.

Deportasiyanın dayandırılması Amerika vətəndaşlarının azadlığı ittifaqından olan vəkillərinin sorğusu əsasında həyata keçirilib. Vəkillər təsdiqləyiblər ki, bu immiqrantları İraqda təqib olunmaq təhlükəsi gözləyir, çünki onlar həmin ölkədə etnik və dini azlıqlardan hesab olunurlar.

Fevralın əvvəlində Prezident Donald Tampın administrasiyası bütün ölkə boyunca qeyri-leqal miqrantların silsilə deportasiyasını həyata keçirib. Gömrük nəzarəti və immiqrasiya xidmətinin məlumatına görə, 5 gün ərzində Los-Ancelesin 6 rayonunda 160 miqrant saxlanıb, onların 150-i kriminal cinayətlərin törədilməsində şübhəli bilinib.

Sonradan daha 680-dən artıq miqrantın həbs edildiyi məlum olub. ABŞ-n daxili təhlükəsizlik naziri Con Kellinin məlumatına görə, hühuq mühafizəçiləri ölüm hadisəsi törətmiş və ya sərxoş halda avtomobili darə etmiş miqrantları həbs ediblər.

«Röyter» agentliyinin məlumatına görə, iyulun sonunda ABŞ vətəndaşlıq və immiqrasiya xidməti (ABŞ daxili təhlükəsizlik nazirliyinin strukturu) 16-17 yaşlı yeniyetmələrin tutulması və ardınca, deportasiya olunması məqsədilə ümumilli reydlərin keçirilməsini planlaşdırıb. Onların ABŞ-da qeyri-leqal, valideynsiz yaşadığı və cinayətkar qruplaşmaların üzvləri olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar