Çin KXDR ilə sərhədini möhkəmlədir - Müharibə ehtimalına qarşı

cin respublikasiAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) müharibə ehtimalına qarşı Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sərhədlərini möhkəmlədir. Möhkəmləndirilmiş sərhəd zolağının uzuluğu 1400 kilometrə yaxındır.

«Wall Street Journal <https://www.wsj.com/>» qəzetinin ÇXR-dəki mənbələrə istinadla yazdığına görə, sərhədin qorunması gücləndirilib. Həm də orada pilotsuz uçan aparatların (PUA) köməyi ilə gün ərzində fasiləsiz videomüşahidə təşkil olunub, əhalinin kimyəvi və nüvə silahından müdafiəsi üçün bunkerlər tikilib.

Bununla da Pekin KXDR ilə mümkün hərbi münaqişəyə, o cümlədən, ABŞ-n bu ölkəyə aviazərbələr endirməsinə hazırlıq görür. Bundan başqa, xüsusi xidmətlərin və daxili qoşunların təlimləri keçirilib. İyun ayında isə hərbi vertolyotların təlimləri baş tutub.

Çin Şimali Koreya probleminin hərbi yolla həlllinin əleyhinə çıxış edir. Ancaq, ekspertlərin qeyd etdiyi kimi, bu ölkədə iqtisadi kollabsın baş verməsi perspektivinə və ya nüvə zərbəsinə hazırlaşır.

Bununla yanaşı, ABŞ-da Şimali Koreya ilə münaqişənin hərbi yolla həllini istisna etmirlər, amma hələlik Pxenyana diplomatik və iqtisadi tədbirlərin köməyi ilə təzyiq göstərməyə çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar