27 qəzetə birdəfəlik maliyyə yardımı ayrıldı – SİYAHI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Musavat.com KİV DF-in rəsmi saytına istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 19 iyul tarixli “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi.
2. Cari məsələlər.
Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 19 iyul 2017-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – İntiqam Hümbətov, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 27 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.
Birdəfəlik maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısı
№ | Nəşrin adı | Ayrılmış məbləğ (AZN) |
1. | “Azərbaycan” qəzeti | 42.500 |
2. | “Bakinski raboçi” qəzeti | 42.500 |
3. | “Bakı Xəbər” qəzeti | 42.500 |
4. | “525-ci qəzet” | 42.500 |
5. | “Xalq qəzeti” | 42.500 |
6. | “İki sahil” qəzeti | 42.500 |
7. | “Kaspi” qəzeti | 42.500 |
8. | “Kaspiy” qəzeti | 42.500 |
9. | “Mövqe” qəzeti | 42.500 |
10. | “Palitra” qəzeti | 42.500 |
11. | “Respublika” qəzeti | 42.500 |
12. | “Səs” qəzeti | 42.500 |
13. | “Şərq qapısı” qəzeti | 42.500 |
14. | “Yeni Azərbaycan” qəzeti | 42.500 |
15. | “Yeni Müsavat” qəzeti | 42.500 |
16. | “Ekspress” qəzeti | 42.500 |
17. | “Ədalət” qəzeti | 35.000 |
18. | “Olaylar” qəzeti | 35.000 |
19. | “Şərq” qəzeti | 35.000 |
20. | “Bizim yol” qəzeti | 30.000 |
21. | “Exo” qəzeti | 30.000 |
22. | “Xalq Cəbhəsi” qəzeti | 30.000 |
23. | “Həftə içi” qəzeti | 25.000 |
24. | “Azad Azərbaycan” qəzeti | 25.000 |
25. | “Novoye vremya” qəzeti | 25.000 |
26. | “Paralel” qəzeti | 25.000 |
27. | “Üç nöqtə” qəzeti | 25.000 |
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.