Ərdoğan Almaniyanı casusluqda ittiham etdi!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyanı casusluqda ittiham edib və Berlinlə Brüsseli Ankaraya qarşı sanksiya tətbiq etməkdən çəkinməyə çağırıb.

«DW.com»-un xəbərinə görə, Ərdoğan bu bəyanatı alman hüquq müdafiəçisi Peter Ştoydnerin həbsini şərh edərkən səsləndirib.

«Qərb istyir ki, onun agentləri bizim ölkəmizdə sərbəst gəzib-dolaşsınlar, bizə ziyan vursunlar…» - deyə, Prezident qeyd edib və bildirib ki, Türkiyə hakimiyyəti «Qərbin agentlərini əlüstü ovlayır».

«Əgər onlar Türkiyəni təhdidlər və ticari məhdudiyyətlərlə qorxuda biləcəklərini düşünürlərsə, bilməlidirlər ki, özləri daha yüksək bədəl ödəməli olacaqlar» - deyə, Türkiyə lideri qeyd edib.

İyulun 5-də Türkiyədə alman hüquq müdafiəçisi Ştoydner saxlanıb. Onunla birlikdə bir İsveç vətəndaşı və 8 Türkiyə vətəndaşı, o cümlədən, «Amnesty International» beynəlxalq təşkilatının yerli şöbəsinin rəhbəri də həbs olunub.

Hökumətyönlü Türkiyə qəzetləri saxlanılanları casusluqda günahlandırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar