Türkiyə Rusiya ilə S-400-lər kontraktını imzaladı!

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin (ZRK) alınması barədə kontraktı imzalayıb. Türkiyə Prezidenti sövdəni təsdiqləyib.

«Allahın iradəsi ilə Türkiyədə S-400 kompleksləri meydana gələcək» - deyə, Ərdoğan bəyan edib («Röyter»).

Bundan əvvəl Ankaradakı hərbi mənbə dəqiqləşdirmişdi ki, söhbət 2,5 milyard dollar dəyərində olan 4 divizion hava hücumundan müdafiə (HHM) sistemindən gedir. Onlardan ikisini Rusiya tərəfi kontraktın imzalanmasından sonrakı iki il ərzində göndərəcək, daha ikisi isə Türkiyədə «yığılacaq».

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin də qeyd edib ki, sözügedən sistemlərin Türkiyədə yığılması «Türkiyə müdafiə sənayesinin buna hazır olması ilə» bağlıdır.

Amerika Birləşmiş Ştatları (ABŞ) isə bundan öz narahatlığını dilə gətirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar