Trump sözünü dəyişir - Yellen namizədlər arasında

ABŞ Prezidenti Donald Trump, ABŞ Mərkəzi Bankının (Fed) növbəti sədri üçün bir neçə nəfəri qiymətləndirdiyini qeyd edib. O, mövcud Fed sədri Janet Yellenin və Baş iqtisadi müşaviri Gary Cohn-un bu adlar arasında yer aldığını söyləyib.

"Marja" xəbər verir ki, Trump, "Wall Street Journal" qəzetinə verdiyi müsahibəsində, Fed sədri Yelleni ikinci sədrlik dövrü üçün təyin edə biləcəyini qeyd edib.

"Yellenin davranış tərzini bəyənirəm. Çox yaxşı işlədiyini hesab edirəm" ifadələrini işlədən Trump, Yellenin aşağı faiz siyasətindən də məmnun olduğunu dilə gətirib.

Trump, Yellenin ilk sədrlik dövrünün 2018-ci ilin Fevral ayında başa çatmasından sonra yerinə kimin keçəcəyi sualına, "Yellen namizədlərdən biridir" deyib.

Bununla yanaşı namizəd siyahısında daha 2-3 adın olduğunu bildirən Trump, müsahibədə yanında olan Ağ Ev Milli İqtisadiyyat Şurasının direktoru Gary Cohn-un bunlardan biri olduğunu təsdiq edib.

Trump, "Gary-ı uzun müddətdir tanıyıram. Birlikdə çalışaraq ona böyük hörmət bəsləməyə başladım",- deyə bildirib.

Digər tərəfdən, Trumpın "Cohnun hazırkı mövqeyini sevdiyini" söyləməsi, Cohnun Fed sədrliyinə isti baxmadığı spekulyasiyalarına səbəb olub.

Fed sədri üçün namizəd siyahısında yer alan digər adları açıqlamayan Trump, qərar vermək üçün hələ erkən olduğunu sözlərinə əlavə edib.

Trump, prezident seçilmədən öncə Yellenin ilk dörd illik vəzifə müddəti 3 Fevral 2018-də başa çatanda yəqin ki, onu yenidən namizəd göstərməyəcəyini demişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar