55 şəxs barəsində materiallar DİN-ə göndərildi - "Beynəlxalq Bank işi"

2017-ci ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin məktubuna əsasən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə "Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı 50 hüquqi və 5 fiziki şəxs üzrə aparılmış nəzarət tədbirləri yekunlaşdırılıb.

Maliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilib.

İki hüquqi şəxs üzrə nəzarət tədbirləri hal-hazırda davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar