Valideynləri mübahisə edən 16 yaşlı qız intihara cəhd edib

Tovuz rayonunda valideynləri mübahisə edən 16 yaşlı qız intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çilovdarı kəndində baş verib.

Belə ki, kənd sakini 2001-ci il təvəllüdlü Sevil Abbas qızı Mahmudova müxtəlif dərman preparatlarını qəbul edərək intihara cəhd edib. O, zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, 16 yaşlı qızın intihara cəhd etməsinin səbəbi valideynlərinin mübahisə etməsi olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar