DİN Şəmkirdəki intihar hadisəsi ilə bağlı məlumat yayıb

İyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ana və övladları hadisə yerində ölüblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar