Təhsil Nazirliyinin idarələrindən birinin səlahiyyətləri artırılıb

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə əlavələr edilib.

“Report” xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Məqsəd xarici ölkələrdə verilən təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması, xarici ölkələrin müvafiq qurumlarından daxil olan sorğuların cavablandırılması işinin səmərəli təşkili, prosedurların asanlaşdırılması və bu işdə operativliyinin artırılmasıdır.

Əmrə əsasən, Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunub.

Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə əlavə edilən yeni bəndlərə görə, İdarə həm də “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyada nəzərdə tutulmuş Milli Məlumat Mərkəzi funksiyalarını həyata keçirəcək.

Həmçinin, təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılması işini görəcək.

Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayeva həvalə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar