Toyuq fermasında 1 ton heroin aşkarlandı

Bu gün Türkiyədə toyuq fermasında 1 ton heroin aşkarlanıb.

APA-nın “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul polisi Sakarya rayonunun Hendek qəsəbəsində bir toyuq fermasında əməliyyat keçirib.

Fermadan narkotik vasitə emalatxanası yaradıldığı, binalar arasında tunellərlə əlaqə yaradıldığı üzə çıxıb. Emalatxanada heroinlə doldurulmuş paketlər və heroin istehsalında istifadə edilən kimyəvi maddələr tapılıb. Ümumilikdə, fermada 1 ton heroin aşkarlanıb. Bununla da Türkiyədə son 15 ildə ən böyük həcmdə heroin aşkarlanıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 nəfər saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar