Fransadan sonra İngilitərə də benzinlə vidalaşır

İngiltərə, havadakı nitrojenoksit səviyyəsinin təhlükəli həddə çatması riskinə görə 2040-ci ildən etibarən benzin və dizel avtomobillərin satışını dayandıracağını açıqlayıb.

"Marja"nın məlumatına görə, İngiltərə hökumətindən bildiriblər ki, pis keyfiyyətdəki hava vətəndaşların sağlamlığı üçün ən böyük ekoloji riskdir. Vaxtından qabaq doğulmuş uşaq ölümlərinin ildə 40 minə çıxdığı və ən qısa müddətdə hərəkətə keçiləcəyi bildirilib.

Hökumətin məlumatlarına görə, ölkədəki hava çirklənməsi, keçən il 2,7 milyard funt-sterlinq dəyərində məhsuldarlıq itkisinə səbəb olub.

İctimai nəqliyyatın gücləndirilməsi planlarlar arasındadır.

Fransa da bu ayın əvvəlində verdiyi bəyanatda dizel və benzin mühərrikli avtomobillərin satışlarını 2040-ci ilə qədər dayandıracağını açıqlayıb. 1997-ci ildən əvvəl istehsal edilmiş benzin mühərrikli avtomobilləri və 2001-ci ildən əvvəl istehsal edilmiş dizel mühərrikli avtomobilləri daha yeni və daha az hava çirkləndirən avtomobilə dəyişdirmək istəyənlərə pul veriləcəyi bildirilmişdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar