Trampın Ohayoda çıxışı zamanı qalmaqal baş verib -  SSRİ-nin bayrağı qaldırılıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Yangetaun şəhərində (Ohayo ştatı) birbaşa efirə yayımlanan çıxışı zamanı maraqlı hadisə baş verib.

Tədbirin gedişi zamanı ABŞ telekanalları tamaşaçıların fəallarından birinin tribunada SSRİ dövlətinin bayrağını qaldırdığını göstəriblər. Bu, ABŞ Prezidentinin Rusiya ilə əlaqələri barədə yayılan şayiələrə açıq-aydın bir işarə hesab olunur.

Qayda pozan gənci zaldan çıxarıblar, bayrağı da əlindən alıblar. Trampın özü gəncin bu hərəkətini səbirsizliklə belə şərh edib: «O, gəncdir. Onu anasının yanına aparmaq lazımdır - onun üçün problemlər olacaq. Mərc gəlirəm ki, onun anası seçkilərdə bizə səs verib».

Amma həmin tədbirdə bu, yeganə insident olmayıb. Tramp əleydarlarından olan və qırmızı «futbolka» geyinmiş bir kişi «Tramp və Pens getməlidirlər» yazılmış plakatı qaldırıb. Mühafizəçilər onun qollarını buraraq, tribunadan uzaqlaşdırıblar.

Prezident susmayıb və təəccüblə deyib: «Lənət şeytana, bu, hardan çıxdı?»

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar