Gürcüstan əhalisi milli azlıqların hüquqlarının pozulduğunu düşünür

Gürcüstan əhalisinin 59 faizi hesab edir ki, ölkədə milli və etnik azlıqların hüquqları pozulur.

APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, bu, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının (UNDP) Gürcüstanda insan haqları ilə bağlı keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

5 min respondentin iştirak etdiyi sorğu 2016-cı ilin sentyabr ayından 2017-ci ilin fevral ayınadək keçirilib. Nəticələrə əsasən, sorğuda iştirak etmiş milli və etnik azlıq nümayəndələrinin 39 faizi düşünür ki, onların hüquqları pozulmayıb.

Azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsindən olan respondentlərin yalnız 4 faizi hesab edir ki, onların hüquqları pozulur. Ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya regionunda isə bu göstərici 6 faiz təşkil edir.

Sorğuda iştirak etmiş respondentlərin 64 faizi Gürcüstanda insan haqlarının tam qorunduğu fikrindədir. Onların 50 faizini hesab edir ki, insan haqlarının müdafiəsi mexanizmləri barədə məlumatlar cəmiyyətin bütün qrupları üçün bərabər səviyyədə əlçatan deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar