Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı - Poroşenko fərman imzalayıb

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb.Bu barədə Ukrayna Dövlət Miqrasiya xidmətinin saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvili vətəndaşlıqdan çıxarılması ilə bağlı fərman imzalayıb. Saakaşvili ilə bağlı materiallar Ukrayna Baş Prokurorluğuna göndərilib".

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukrayna Radikal partiyasından olan deputat İqor Moseiyçuk Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edilməsini doğru addımv sayıb: «Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdilər. Bu, göstərir ki, Prezident Poroşenko nəhayət, öz səhvlərini etiraf etməyə başlayıb".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar