Daha bir intihar Göyçayda - Ürək tutmasından öldüyü deyilirdi

Göyçay rayonunda intihar hadisəsi olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Kənd sakini, bir uşaq anası, 20 yaşlı Fəridə Kərtəm qızı Salmanova yaşadığı evin zirzəmisində özünü asıb.

Polisə ilkin olaraq F. Salmanovanın ürək tutmasından öldüyü bildirilsə də, sonradan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar