Dünyanın ən zəngin insanları - Lider dəyişdi

"Amazon” şirkətinin təsisçisi Cef Bezos dünyanın ən zəngin adamı olub.

Oxu.Az-ın Forbes nəşrinə istinadən məlumatına görə, hazırda biznesmenin sərvəti 90,6 milyard dollar təşkil edir.

Bununla da, o, 90,1 milyard dollar sərvətə malik "Microsoft”un qurucusu Bill Qeytsi qabaqlayıb.

B.Qeyts 2013-cü ildən milyarderlərin reytinqinə başçılıq edirdi.

Qeyd olunur ki, "Amazon” şirkətinin aksiyalarının qiyməti bir gecəyə 15 dollar qalxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar