Masallıda avtomobil dərəyə aşıb, sürücü ölüb

Qezada-sinmish-padpres-180912Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Qulu Məmmədov Özüxan oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:33-də başa çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar