ƏHMƏD ƏHMƏDOV RƏSMƏN VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Əhməd Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin”.

Xatırladaq ki, Ə.Əhmədov 2000-ci ildən Daxili İşlər naziri vəzifəsini tuturdu. Son vaxtlar onun ətrafında hansısa proseslərin getdiyi barədə məlumatlar gəlirdi. Naxçıvanın hakim elitasında xüsusi çəkisi ilə fərqlənən Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri məlum deyil.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar