Roqozinin Kişinyova uçan təyyarəsi Minskə eniş edib

roqozinAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, göyərtəsində Rusiya Baş Nazirinin müavini Dmitri Roqozinin də olduğu və Kişinyova səmt götürən S7 aviaşirkətinə məxsus təyyarə Minskə eniş edib.

Hava gəmisini Macarıstan və Rumıniya hakimiyyətləri öz ərazilərinə buraxmayıblar. Xəbərə görə, Molovada Rusiya səfirliyinin məmuru məsələ ilə bağlı prezident Dodonla görüşməlidir.

Roqozinin sözlərinə görə, yaxın vaxtlarda təyyarənin sərnişinlərinin Minskdən mənzil başına çatdırılmasının detalları müzakirə olunacaq.

Hələ Moskvada olarkən, Roqozin öz «Feysbuk»knda yazmışdı: «Moldova hakimiyyəti uçuşdan imtina etmək istəyir». Bir qədər sonra təyyarə iki ölkənin - Macarıstan və Rumıniyanın hava məkanına doğru səmt götürüb, bir neçə dəfə dövrə vurub, sonra isə Minskə istiqamətləndirilib.

Məsələ burasındadır ki, Ukrayna hadisələrinə görə, Dmitri Roqozin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

Sabah Dnestryanıda Roqozinin «xatirə tədbirləri»ndə iştirakı planlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar