AMERİKANIN QÜRUBU VƏ ÇİN HEGEMONLUĞU – Dünya buna duruş gətirə biləcəkmi?

Əgər Tramp administrasiyasının yarım illiyinə dönüb baxsaq, onda nə Amerikan KİV-lərinin ona qarşı yönələn aramsız hücumlarını, nə də Rusiya ilə bağlı siyası qalmaqalı ən böyük narahatlıq saymaq olmaz. Bütün bu qalmaqallar onsuz da diqqəti cəlb edir, lakin real təhlükə bu cür hadisələr səbəbindən Amerikan qüdrətinin və onun liderlik keyfiyyətinin zəifləməsidir.

İkinci Dünya Müharibəsindən sonrakı dünyanın nizam qaydası ABŞ demokratiyasının bayrağı altında qurulub. Amma indi onlar kefləri çəkdiyi üçün beynəlxalq səhnəni tərk edirlər. Nəticədə Amerikanın yerini totalitarizmi təbliğ edən və sürətli inkişaf yolunda olan böyük dövlətlər tutmağa başlayır.

Yaranmış vəziyyət, Asiya-Sakit okean təşkilatının təhlükəsizlik məsələləri üzrə Sinqapurun “Şanqri La” otelində keçirilən beynəlxalq konfransında özünü daha aydın şəkildə büruzə verib. Konfrans zamanı ABŞ müdafiə naziri Ceyms Mattis Cənubi-Çin dənizində Çinin aqressiyasına qarşı narahatlığını ifadə edən zaman, buna qarşı zaldan sərt reaksiya gəlib.

Ceyms Mattisə belə sual ünvanlanıb: “70 il bundan əvvəl ABŞ dövlət katibi Din Aneson yazırdı ki, ABŞ-ın təşəbbüsü ilə dünya nizamının yaradılmasının şahidi olub. Əgər NATO, Sakit okean Əməkdaşlıq Təşkilatı və Paris İqlim Müqaviləsi ətrafında baş verənləri nəzərə alsaq, onda deyə bilərik ki, biz ABŞ-ın günahı üzündən dünya nizamının dağılmasının şahidi oluruq”.

Doğurdanmı İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya nizamının bayraqdarı sayılan ABŞ, öz əlləri ilə bu bayrağı bükəcək?

Düşüncəli şəkildə dayanmış Mettis öz cavabında Böyük Britaniyanın baş naziri Uinston Çörçilin sözlərindən sitat gətirib: “Əgər bütün alternativlərdən istifadə etsək, onda amerikanlar düzgün orbitə çıxacaqlar”.

Ağ Evdə Mattisin də daxil olduğu beynəlxalq əməkdaşlığın tərəfdarları olan və ordu sıralarından çıxmış klassik qrup ilə, izolyasionizmi təbliğ edənlər arasındakı mübahisə səngimək bilmir. Hər şeydən göründüyü kimi, ”Şanqri-La” konfransında ABŞ müdafiə naziri ümumi yekunda Tramp administrasiyasının düzgün orbitə çıxacağına əminliyini ifadə edib.

Ancaq Beynəlxalq konfransın iştirakçılarının qorxuları dağılmayıb. Belə ki, böyük dəniz ölkəsi olan ABŞ-dakı izolyasionistlər Obama diplomatiyasının öz daxilinə yönəlmə siyasətini nəinki təqdir edirlər, hətta onlar Şimali Amerikanın böyük qapalı adaya çevrilməsini istəyirlər.

Tramp administrasiyası Paris İqlim Müqaviləsindən çıxmaq qərarına gəlib. Trampın NATO-nun ünvanına söylədiyi tənqidlərlə birgə, bu, Avropa və ABŞ arasındakı inamsızlığı dərinləşdirib. Almaniya kansleri Merkel bildirib: “Avropa artıq ABŞ-ın liderlik keyfiyyətlərinə güvənə bilməz”. Bununla Merkel eyni zamanda ABŞ-dan hədsiz asılılığın olmasına da toxunur.

ABŞ və Avropa arasında parçalanmanı dərinləşdirməyə can atan Çin Xalq Respublikası, Avropa dövlətləri arasında qarmaqarışıqlıq salaraq bu şansdan istifadə edir. Bu ilin yanvarında Davos forumunda Çin rəhbəri Si Çzinpin özünü qlobal iqtisadiyyatın bayraqdarı kimi aparırdı.

O ki qaldı Asiya-Sakit okean regionundakı vəziyyətə, Tramp administrasiyası Trans-Sakit okean əmədaşlıq təşkilatından çıxdığını elan edib ki, bu da öz növbəsində Asiya ölkələrinin ABŞ-a olan inamını sarsıdıb.

Cənubi-Çin dənizinə çıxışı olan ölkələr Vaşinqtonun həmin sulardakı azad hərəkət siyasətini davam etdirəcəyinə şübhə ilə yanaşırlar. Onlar qorxurlar ki, Çin ABŞ-la birləşəcək və onlara qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.

Böyük dövlət olma siyasətini həyata keçirən Si Çzinpin administrasiyası uzaq Avropaya gülümsəyir, qonşu Asiya ölkələrinə isə dişlərini qıcayır. ABŞ beynəlxalq forumlardan geri çəkildikdən sonra, Pekin “Bir zolaq - bir yol” ideyası hesabına öz təsirini genişləndirməyə başlayıb.

Həmin ideyanın məğzi ”İpək yolu”nun çiçəkləndiyi dövrlərdə olduğu kimi, hər şeyin ən yaxşısının yalnız Çinə axmasını təmin etməkdən ibarətdir. Buraya həm infrastruktur sərmayəsi və həm də malların ixrac həcminin böyüməsi daxildir.

Bunu Çin əsrinin müasir vesiyası - “Pax Sinica” adlandırmaq olar. Yəni bunun mənası demokratik şəffaflıqdan imtina edilməsi və orta əsrlər Çin hegemonluğunun geri qayıtması deməkdir. Görəsən dünya Çin hegemonluğunun qarşısında duruş gətirə biləcəkmi?

(“Sankey Simbun” - Yaponiya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar