Gürcüstanda NATO hərbi təlimləri başlayıb

Logo_NATO_090707Gürcüstanda NATO-nun “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) hərbi təlimlərinin Tbilisi yaxınlığında Vaziani hərbi aerodromunda rəsmi açılışı olub.

APA-nın yerli bürosunun məlumatına əsasən, açılış mərasimində çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili hərbi təlimlərin əhəmiyyətindən danışıb və hərbçilərə uğurlar arzu edib.

Dövlət başçısı deyib ki, artıq üçüncü ildir ki, birgə təlimlər təşkil olunur: “Hərbi təlimlərin ənənəvi xarakter alması çox vacibdir. Əminəm ki, təlimlərdə iştirak edən hərbçilər maraqlı təcrübə əldə edəcəklər”.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili isə bu cür təlimlərin ölkə və region üçün olduqca əhəmiyyətli olduğunu bildirib: “Hərbi təlimlər ölkəmizdə sülh, təhlükəsizlik və sabitliyin qarantıdır. Təlimlər Gürcüstan hərbçilərinin NATO standartlarına yaxınlaşmasına kömək edəcək”.

Gürcüstanın müdafiə naziri Levan İzoriya çıxışında təlimlərin keçirilməsində məqsədin regionda sabitlik və təhlükəsizliyin gücləndirilməsi olduğunu vurğulayıb: “Bu gün tərəfdaşlarımızla əhəmiyyətli təlimlərə başlayırıq. “Layiqli tərəfdaş” təlimləri bizim tərəfdaşlarımızla əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir”.

Avqustun 12-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edəcək. Hərbi təlimlərə Almaniyanın “Boxer” zirehli transportyoru, ABŞ-ın “Abrams” tankları, “Bradley” və “Stryker” zirehli maşınları cəlb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar