Xəzər dənizində 3 nəfər batıb

Bakı çimərliklərində 3 nəfərin batması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olan məlumatlarda bildirilir.

Dənizdə çimərkən batma hadisələrinin hər üçü paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Batanlardan ikisinin meyiti dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb, daha bir nəfərin axtarışları davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar