"Şimali Koreyaya qarşı hərəkətə keçmək lazımdır" - ABŞ 3 ölkəyə səsləndi

"Şimali Koreya ətrafında söhbətlərə son qoyub, hərəkətə keçmək lazımdır".

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli özünün “Tvitter” hesabında yazıb.

“Şimali Koreya ətrafında söhbətlərə son qoyub, hərəkətə keçmək lazımdır. Çin fəal olmalı, Yaponiya və Cənubi Koreya rəsmi Pxenyana qarşı təzyiqləri artırılmalıdır. Bu, tək ABŞ-ın problemi deyil”, – deyə, N.Heyli qeyd edib.

İyulun 29-da Şimali Koreya qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.

APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar