Bakıda Türkiyə vətəndaşının evini satıb pulunu mənimsədilər

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.Lent.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Mehmet Şahin Selahettin polisə şikayət ərizəsi yazaraq bildirib ki, Müşfiq və Mübariz adlı şəxslə onun mənzilini sataraq pulunu ələ keçirib.

Şikayətçinin sözlərinə görə, həmin şəxslərlə birgə iş qurmaq fikrinə düşüb və keçən ilin avqust ayında Yasamal rayonu, Əhmədov küçəsindəki mənzilini satmaq üçün onlara etibarnamə verib.

Lakin adları qeyd edilən şəxslər verdikləri vədə əməl etməyib və pulu ələ keçiriblər.

Müraciət əsasında araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar