BAKIDA TANINMIŞ HƏKİMİN EVİNİ SOYDULAR - Həyat yoldaşına işgəncə veriblər

Görkəmli uroloq- alim, professor Kamal Abdullayev və həyat yoldaşı quldurluq hadisəsinə məruz qalıblar. Axar.az xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında, görkəmli alimin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evində baş verib.

Üç naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar.

Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar