ÖLÜMLƏ NƏTİCƏLƏNƏN DƏHŞƏTLİ QƏZANIN YENİ TƏFƏRRÜATLARI – İş adamının oğlu niyə həbs olunmayıb?

Dərc olunub: 31/07/2017 - 11:12

FAIQ-ESAS
“Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun törətdiyi dəhşətli qəza ilə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunub. Yayıminfo.com-a daxil olan məlumatda isə qəzanın nə dərəcədə dəhşətli olmasını özündə əks etdirən məlumatlar var. Qeyd edək ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov 2015-ci ildə Nəsimi rayonu ərazisində Az 10 LU 090 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə Müdafiə Nazirlyinin baş zabiti, polkovnik Elçin Məmmədovu vurub. İş adamının oğlunun sükanı arxasında olduğu nəqliyyat vasitəsinin surətinin yüksək olması səbəbindən vurduğu zabitin aldığı xəsatərlər də çox ağır dərəcəli olub.

eldarOlaydan sonra Müdafiə Nazirliyinin Hərbi Hospitalına çatdırılan E.Məmmədovu dərhal reanimasiya şöbəsinə götürüblər. Həmin vaxt həkimlərdə belə təəsurat yaranıb ki, zabiti döyüş bölgəsində, biləvasitə döyüş zamanı çox ağır xəsarətlər alıb.

Çoxsaylı və ağır dərəcəli bədən xəsarətlərin müayinə edən həkimlər baş zabitin dərhal 2 ardıcıl əməliyyat edilməsini qərarlaşdırıblar.  Ümumilikdə baş zabitin onurğa, ayaq, əl sümükləri sınıb, daxili orqanları zədələnib. Bir neçə saat davam edən cərrahi əməliyyat uğurla başa çatıb. Baş zabit 2-ci əməliyyata hazırlaşdırılarkən durumu ağırlaşıb və dünyasını dəyişib.

Qanunun tələbinə görə belə ağır qəza törədən şəxsləri hadisə yerindəcə saxlayıb sonradan barələrində qətimkan tədbiri seçilir. F.Seyidovun oğlunun saxlanılması haqda xəbər yoxdur. Yayılan məlumatlara görə hadisədən sonra fakt üzrə cinayət işi başlansa da, az sonra istintaqçılar “cinayət tərkibi olmadığından” işə xitam veriblər. Heç qəza zamanı “Təhlükəsiz şəhər” kameralarından çıxarışlar faktla bağlı başlanan cinayət işinə əlavə olunmayıbmış. Bu da son məlumatlardan biridir.

Mərhum polkovnikin qardaşı Seyfəddin Məmmədov “Yeni Müsavat”a açıqlama verib. Deyib ki, qardaşının ölümündən dolayı başlanmış cinayət işinə qarşı tərəflər – Faiq Seyidovla barışdıqlarına, şikayətçi olmadıqlarına görə xitam veriblər.

Vəkil Əziz Qənbərov isə “AzPoitika.info”ya açıqlamasında bildirib ki, Faiq Seyidovun oğlunun törətdiyi qəza Cinayət Məcəlləsinin 263-cü maddənin 2-ci bəndinin təsiri altına düşür. Yəni ictimai ittiham qaydasındadır. Həmin maddənin sanksiyasında az ağır cinayət hesab olunur və tərəflərin barışması həmin cinayət işinin xitam olunması üçün əsas ola bilməzdi!

FAIQ 1

Vəkil bildirmişdi ki, Cinayət Məcəlləsin özündə də dünyasını dəyişmiş şəxsin yerinə onun qəyumu, yaxını, hüquqi nümayəndəsi və ya varisinin bağışlamaq hüququ nəzərdə tutulmur.

Qeyd edək ki, son 2 ayda F.Seyidovun adı mərkəzi fiqur kimi keçən 2 işdə 2 şəxs Azadxan Xanməmmədov və general Novruzəli Orucovun oğlu həbs olunub.


loading...




Fikrinizi bildirin