Astarada yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb

Astara rayonunun Şahağacı kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, qəza "Mercedes" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində 1975-ci il təvəllüdlü Dadaşova Xavər, 1981-ci il təvəllüdlü İsmayılova Aynurə və 1980-ci il təvəllüdlü sürücü Səmədov Seyman xəsarət alıb.

Onlardan X.Dadaşova Astara Mərkəzi Rayon Xəstəxanasına, sürücü S.Səmədov və A.İsmayılova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

X.Dadaşova və S.Səmədovun vəziyyəti ağırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar