Telman İsmayılovun daha bir şirkəti müflis elan olunub

Dərc olunub: 31/07/2017 - 21:45

telman-ismayilov-telman-ismayilovMoskva Arbitraj Məhkəməsi “Rusline 2000” MMC-ni müflis elan edib.

“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən şirkət Azərbaycan əsilli iş adamı Telam İsmayılovun təsis etdiyi AST şirkətlər qrupuna daxildir.

Qeyd edək ki, “Rusline 2000” MMC-nin “BM-Bank” qarşısında 17,2 mlrd. rubl məbləğində borc öhdəliyi olub.

Əlavə edək ki, “BM-Bank” “VTB Qrup”a daxildir.








loading...


Fikrinizi bildirin