Astarada yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb

Dərc olunub: 31/07/2017 - 22:50

77Astara rayonunun Şahağacı kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.”Report”un Cənub bürosu xəbər verir ki, qəza “Mercedes” və “VAZ-21015″ markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində 1975-ci il təvəllüdlü Dadaşova Xavər, 1981-ci il təvəllüdlü İsmayılova Aynurə və 1980-ci il təvəllüdlü sürücü Səmədov Seyman xəsarət alıb. Onlardan X.Dadaşova Astara Mərkəzi Rayon Xəstəxanasına, sürücü S.Səmədov və A.İsmayılova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

X.Dadaşova və S.Səmədovun vəziyyəti ağırdır.












loading...


Fikrinizi bildirin