“Hicaz-313”ün sosiskaları sağlamlıq üçün təhlükəli imiş… – Rəsmi açıqlama

Dərc olunub: 31/07/2017 - 23:09

202887_res_01İqtisadiyyat və Səhiyyə nazirlikləri ticarət mərkəzlərində yoxlama aparıb və “Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində sağlamlıq üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğunu müəyyən ediblər.

İqtisadiyyat Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Hicaz” adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilib.

Qanun pozuntularına təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə “Hicaz 313” MMC-yə göstəriş verilib.

İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.

Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.










loading...


Fikrinizi bildirin