Göygöldə 23 yaşlı gənc günvurmadan ölüb

Göygöldə 23 yaşlı oğlan günvurma nəticəsində ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Kənddə tikintidə çalışan Tərtər rayon Sarov kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Orxan Turan oğlu günün altında işlədikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, O. Əliyev günvurmadan dünyasını dəyişib. Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar