Tramp təyin etdikdən 10 gün sonra Skaramuççini istefaya göndərib

ABŞ prezidenti Donald Tramp maliyyəçi Entoni Skaramuççini təyin etdikdən 10 gün sonra Ağ evin kommunikasiyalar üzrə direktoru postundan kənarlaşdırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Amerika liderinin administrasiyasından bildiriblər.

Bundan əvvəl Skaramuççinin istefası barədə "New York Times" qəzeti məlumat verib. Nəşrin məlumatına görə, o, Ağ ev aparatının rəhbəri vəzifəsinə yeni təyin olunan Con Kellinin tələbi ilə istefaya göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar