Hacıqabulda bir ailəni qətlə yerirən “dəli Mübariz” imiş

Hacıqabulda evə basqın edərək Qəmbərovlar ailəsinin 4 üzvünü qətlə yetirən Mübariz Mehdiyev psixi xəstəlikdən əziyyət çəkirmiş. Bu barədə virtualaz.org-a onu şəxsən tanıyan şəxslər məlumat veriblər.

Onların sözlərinə görə, M.Mehdiyev kriminal aləmdə "dəli Mübariz" ləqəbi ilə xüsusi nüfuz sahibi olub. Psixi xəstəlikdən əziyyət çəkdiyindən hətta 1993-cü ildə Salyan rayonunun Şorsulu kəndində yerləşən rayonlararası nevroloji xəstəxanaya da yerləşdirilibmiş.

Rayon sakinlərinin sözlərinə görə, Mübariz Mehdiyev gəncliyində imkanlı ailənin övladı olub, sovet dövründə atası Hacıqabulda məsul vəzifədə çalışırmış.

Hətta M. Mehdiyevin "oturub-durduğu" şəxslərin bir çoxu Moskvada azərbaycanlılar arasında baş vermiş "razborka"ların iştirakçısı və qurbanı olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar