Ərəb ölkələri Qətərə qarşı yeni sanksiyaları müzakirə ediblər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «ərəb dördlüyü»-nün (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir) xarici işlər nazirləri Bəhreyndə keçirdikləri görüş zamanı Qətərə qarşı yeni iqtisadi sanksiyaları müzakirə ediblər.

Bu barədə xəbəri «Əl-Həyat» qəzetinə istinadla «Röyter» agentliyi yayıb.

Bununla yanaşı Qətəri boykot edən ölkələr onda israr edirlər ki, əmirlik 13 tələbi yerinə yetirməli və altı prinsipə əməl etməlidir.

Ərəb dördlüyü Qətərlə diplomatik münasibətləri hələ iyun ayının əvvəlində dayandırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar