Litva Prezidenti ABŞ-ın yeni anti-Rusiya sanksiyalarını dəstəkləyib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Litvanın Prezidenti Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni anti-Rusiya sanksiyalarını dəstəkləyən bəyanatla çıxış edib.

Prezident Dalya Qribauskayte ümid etdiyini bildirib ki, ABŞ hakimiyyəti bu məsələdə ardıcıl olacaq və axıra kimi gedəcək. O, əlavə edib ki, hələlik Litvada seçkilərə müdaxilə cəhdləri olmayıb, amma prezident bunun mümkünlüyünü dilə gətirib.

Xatırladaq ki, Vaşinqton Moskvaya qarşı yeni sanksiyaların tətbiqinin qaçılmaz olduğunu belə izah edib ki, Birləşmiş Ştatlar bu ölkədəki prezident seçkilərinə Rusiyanın müdaxiləsinə reaksiya verməyə məcburdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar