ABŞ Çinə qarşı iqtisadi sanksiyalar hazırlayır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Çin Xalq Respublikasına (ÇXR) qarşı iqtisadi sanksiyaların planını hazırlayır. Buna səbəb kimi, Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə probleminin həlli məsələsində Pekinin lazımi səylər göstərməməsi dilə gətirilir.

Prezident Donald Trampın müşavirləri ötən istirahət günlərində Çinə qarşı bəzi tədbirlərin görülməsinin mümkünlüyünü müzakirə ediblər. Ağ Evdəki mənbəyə istinadla, bu barədə «Politico» qəzeti yazıb.

Onlar bir neçə variant işləyib hazırlayıblar ki, bu sırada ticarət məhdudiyyətləri və miqyaslı iqtisadi sanksiyalar da yer alıb. Yekun qərar artıq bu həftə qəbul oluna bilər, müzakirələr isə davam edir.

Bununla bərabər, qəzetin müsahibləri hesab edirlər ki, Trampın mövqeyi axıra qədər aydın deyil və hələlik onun hansı tərəfə meyl edəcəyini söyləmək tezdir.

Qeyd edilir ki, Prezidenti daha sərt mövqe tutmağa siyasi və ticari müşavirlər, o cümlədən, Ağ Evin baş strateqi Stiven Bennon sövq edir.

Trampın özü «Tvitter» səhifəsində Çinin siyasətindən məyus olduğunu gizlətməyib. O, yazıb: «Axmaq sabiq liderlər imkan veriblər ki, Çin ticarətdə yüz milyardlarla dollar qazansın, amma Çin, KXDR ilə bağlı situasiyada heç nə etmədi».

Ağ Evdə situasiyanı şərh etməkdən yayınıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar