İraqda bir ayda 241 dinc sakin öldürülüb, 271 nəfər yaralanıb

Cari ilin iyul ayında İraqda baş verən hadisələr nəticəsində 241 dinc sakin ölüb, 271 nəfər isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İraqa humanitar yardım missiyasının aylıq hesabatında vurğulanıb.

Hesabata əsasən, ən çox dinc sakin Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi zamanı həyatını itirib.

Məlumata görə, iyulda Mosulda baş verənlər nəticəsində 121 dinc sakin ölüb, 112-si isə yaralanıb. Bu müddətdə Bağdadda 38 sakin ölüb, 85-i yaralanıb, Anbar əyalətinin isə 33 sakini ölüb, 49-u yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar