"Qarabağ" qalib gəldi: 2:0 - VİDEOLAR

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilən “Şerif” – “Qarabağ” matçı Azərbaycan klubunun 2-0 hesabı ilə başa çatıb..Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:

“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan

Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jezniçak, 91. Coşqun Diniyev

Ağdam təmsilçisi səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşır. Bakıda keçirilən matçda qolsuz heç-heçə qeydə alındığından hər iki komandanın mərhələ keçmək şansı vardı.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçəcəyi təqdirdə Azərbaycan futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Qurban Qurbanovun komandası isə son üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişib.

İlk hissəyə əlavə olunmuş vaxtda "Qarabağ" hesabı açıb. Qolun müəllifi Dina Ndolvu ilk qolu “Şerif"in qapısından keçirib: 1-0. Komandalar fasiləyə bu hesabla yollanıb.

Oyunun bitməsinə bir neçə dəqiqə qalmış "Qarabağ" hesabı artırıb, Mişel Madera başıyla gözəl qol vurub.

Bununla da "Qarabağ" Çempionlar Liqasının pley-of mərhələsində oynamaq hüququ qazanıb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar