ABŞ YPG terrorçularına 100 ədəd yük maşınında hərbi yardım göndərib

ABŞ Suriyadakı YPG kürd terror qruplaşmasının silahlılarına silah, sursat və hərbi texnika ilə yüklənmiş 100 ədəd yük maşını göndərib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, İraqdan yola düşən yük maşınları iyulun 30-da Suriyanın Haseka şəhərinə çatıb. Buradan maşın karvanının İŞİD terrorçularının nəzarətində olan Rəqqa şəhəri istiqamətində yola düşməsi planlaşdırılıb. Bəzi yük maşınlarında ABŞ istehsalı olan “Humvee” zirehli döyüş maşınlarının olduğu bildirilir.

Qeyd edək ki, mayın əvvəlində ABŞ administrasiyası Suriyada İŞİD-lə mübarizə aparan kürd silahlı qruplaşmalarının silahlandırılmasına razılıq verib.

Xatırladaq ki, YPG dəstələrinin də daxil olduğu “Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiya 2016-cı ilin noyabrın 6-dan Rəqqa şəhərinin İŞİD-dən azad edilməsi uğrunda əməliyyata başlayıb.

İyunun sonunda Pentaqon rəhbəri Ceyms Mettis Türkiyə tərəfinə YPG dəstələrinin silahlandırılmasına dair rəsmi Ankaranı mütəmadi məlumatlandıracağını və İŞİD-in məğlubiyyətindən sonra YPG-yə verilən silahların geri alınacağını vəd edib.

“Anadolu”nun məlumatına görə, ABŞ indiyədək YPG terrorçularına silah-sursatla yüklənmiş 909 yük maşını göndərib. Hərbi yardım çərçivəsində YPG silahlılarına 12 min “Kalaşnikov” avtomatı, 6 min pulemyot, 3 min ədəd “RPQ-7” və min ədəd “AT-4” tank əleyhinə qumbaraatanları tədarük edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar