“Sanksiyalara dair yeni qanun de-fakto heç nəyi dəyişmir” - Kreml

peskovABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı imzaladığı sanksiyalara dair qanun de-fakto heç nəyi dəyişmir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.

"Bu yenilik deyil, artıq cavab tədbirləri də görülüb. Bu səbəbdən sanksiyalara dair yeni qanun de-fakto heç nəyi dəyişmir. Yeni tədbirlərə ehtiyac yoxdur”, deyə D.Peskov qeyd edib.

Qeyd edək ki, iyulun 30-da prezident Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşının Rusiyanı tərk etməli olacağını bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar