Çernoqoriyanın Baş naziri ABŞ-n vitse-prezidenti ilə görüşüb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens Çernoqoriyaya səfərinin ikincə günü bu ölkənin Baş naziri Duşko Markoviçlə ikitərəfli görüş keçirib.

Danışıqların yekununda Markoviç bəyan edib ki, Çernoqoriya öz taleyini NATO-nun irəli sürdüyü və qoruduğu dəyərlərlə bağlayıb - bu məsələdə böyuk-kiçik dövlətlər anlayışı yoxdur.

«Bugünkü gün təsdiqləyir ki, beynəlxalq cəmiyyətlərdə böyük və kiçik yoxdur, təkcə hansısa ölkənin sakinlərinin sayı barədə söhbətin getdiyi hallar istisna təşkil edir, ideallara bağlılıq məsələsində yox» - deyə, Çernoqoriya radio və televiziyası Baş nazirdən sitat gətirir.

Pens də öz növbəsində, iyun ayında Çernoqoriyanın Şimali Atlantika alyansına daxil olmasını «müstəqillik qazanandan cəmi 10 il sonrakı tarixi qələbə» adlandırıb.

O, qəti əminliyini bildirib ki, «Qərbi Balkanların gələcəyi - Qərbdədir» və vəd edib ki, ABŞ bölgə ölkələri, Avropa İttifaqı və NATO ilə əlaqələrin möhkəmləndirilməsi üzərində işləyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar