"BİZİM HAKİMİYYƏTDƏKİ BÜTÜN İNSANLAR OĞURLAYIRLAR" - Prezidentin nəvəsi

"Babam öləndə konteynerlərlə nəğd pulu çıxarıblar"

Gülnarə Karimovanın oğlu: "Anama şər atıblar, heç bir dəlil yoxdur"

Sabiq Özbəkistan prezidenti İslam Karimovun adını daşıyan nəvəsi və böyük qızı Gülnarənin oğlu, yüzlərlə milyon dollar məbləğində pulu mənimsəməkdə və hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndirilən anasına qarşı iddiaların şər və böhtan olduğunu deyib. BBC Özbək xidmətinə verdiyi müsahibədə, o, həmçinin anasının sahib olduğunu iddia olunan 2 milyard dollar aktivlərin ona məxsus olmadığını deyərək, Özbəkistan hökumətində bir çox şəxsin bu məbləğdən qat-qat böyük sərvəti olduğunu qeyd edib.

Gülnarə Karimovanın harada olduğu hələ ki, məlum deyil. Hətta bəzi media mənbələri onun öldüyünü deyiblər. Lakin övladları Gülnarə Karimovanın Daşkənddə, ev həbsi rejimində saxlandığını deyirlər.

Çərşənbə axşamı oğul İslam Karimovun aldığı 3 iyul tarixli məhkəmə sənədində anasının Daşkənddə yerləşən həbsxanaya köçürüldüyü deyilib. Lakin bu məlumatı təsdiqləmək mümkün olmayıb.

İslam Karimovun BBC-ə Özbək xidmətində verdiyi müsahibənin qısaldılmış mətni:

линия
BBC: Səkkiz ay əvvəl siz Özbəkistan hökumətindən ananızın vəziyyəti və ona qarşı ittihamlar barədə məlumat təqdim etməyi xahiş etmişdiniz. Sizə verilən məlumatdan razısınız?

İslam Karimov (İ.K.): Qətiyyən, yox. Birincisi ona qarşı bütün ittihamlar şişirdilib - bu hamıya məlumdur. İkincisi, ona qarşı iddiaların çoxu saxtalaşdırılıb. Bir dənə də şahid yoxdur, bir dənə də adam yoxdur, imzalı sənəd yoxdur, heç bir səs yazısı və ya görüntü yoxdur.

Hər şey MTX-də (Özbəkistanın Milli Təhlükəsizlik Xidməti) üç-dörd il saxlanan şəxslərin döyülərək imzaladıqları ifadələr və verdikləri çıxışlarının üzərində qurulub. Aydındır ki, MTX-də dörd il keçirən adam nə lazımdırsa etiraf edəcək.

BBC:İttihamlarda Gülnarə Karimovaya məxsus olduğu bank hesabları və mülklərin yerləşdiyi 12 ölkənin adları çəkilir. Yəgin ki, digər ölkələrin təqdim etdiyi dəlillər də var?

İ.K.: Əgər dəlillər olsaydı xaricdə artıq məhkəmələr başlayardı, müsadirə olardı və ya hansısa maddələr üzrə ittihamlar irəli sürülərdi. Adları çəkilən ölkələrin heç biri nəinki Özbəkistandakı işin, heç məhkəmələrin və vəkillərin bir dənə də olsun qərarını tanımayıb.

решение суда
Image captionGülnarə Kərimovanın ev həbsi rejimində saxlanılmasına dair 3 iyul 2017-ci il tarixli qərarının bir qismi
BBC: Sizin ananıza qarşı açılan cinayət işində 2 milyard dollar barədə danışılır. Onun maddi vəziyyəti barədə məlumatınız var idi mi?

İ.K.: Onun maddi vəziyyəti mənə məlumdur və mən dəqiq bilirəm ki, dəfələrlə şişirdilmiş bu hədsiz məbləğ üçün heç bir dəlil yoxdur. Mümkün olduğu hər şey baş verib - bütün nazirlərdən, bizim qohumlarımızdan olanların hamısını onun üzərinə qoyublar: onu mühakimə edəcəklər və hamı təmiz qalıb işlərinə davam edəcək.

Mən indi adlar çəkməyəcəm, lakin biz hakimiyyətdə, hökumət strukturlarında olan hər bir nazirin və digər şəxslərin layihələrini qeyd edən böyük bir sənədi ictimaiyyətləşdirməyə hazırlaşırıq. Onların çoxundaki aktivlərin miqdarı daha yüksəkdir. Burda söhbət 2 milyarddan getmir, 3-4 və s. Lakin heç kəs bu barədə danışmır.

BBC: Biz indi sizin ananız barədə danışmaq istəyirik. Siz onun nə vəziyyətdə olduğunu, hansı şirkətlərin ona məxsus olduğunu bilirdiniz? "Uzunrobita", "Angrensement", "Coca-Cola", MTC, "Vımpelkom" - bu barədə bilirdiniz? Onun hansı səhmləri və biznesləri var idi?

İ.K.: Mən bilmirdim ki, guya onun bu şirkətlərlə əlaqəsi var. Lakin, əvvəla, heç bir dəlil yoxdur və hətta Özbəkistandada təqsirsizlik prezumpsiyası mövcud olmalıdır, buna inanmaq çətin olsa belə. Biz mədəni bir ölkə olmalıyıq və təqsirləndirilən hər bir şəxsə özünü müdafiə etməyə imkan verməliyik.

Mən onun dünyada ən yaxsı insan kimi tanınmasını istəmirəm. Lakin sadə fakt budur ki, o, ən pis insan deyil. Lakin nəyəsə görə onu təqsirləndirirlər. Axı insanların evinə girib pul alıb çıxmayıb ki. Onunla əlaqələndirilən bu pulların bir qismi ona məxsus olsa da, bu pullar onun hansısa başqa bir biznes fəaliyyətindəndir. Lakin hər şey rəsmi idi, demək olar ki, hər şey açıq idi...

BBC: Demək olar ki? Yəni ki, qeyri-rəsmi fəaliyyətləri də var idi?

İ.K.: Bəli, qeyri-rəsmi fəaliyyətləri də var idi, lakin bu, daha çox ictimai tərəflərə aiddir. Çünki babam həmişə deyərdi: "Sən məni heç vaxt kölgənə salmamalısan". O qorxurdu ki, [anam] ondan xalqın sevgisini oğurlaya bilər. Ona baxmayaraq ki, o, buna cəhd etmirdi və [babam] haqqında həmişə yaxşı danışardı.

Problem ondadır ki, [babam], bir neçə dəfə evdə oturarkən onu televizorda görüb - ya burada, ya da orada gözünə dəyib. O, o qədər qəzəbləndi ki, biz məcbur olduq bəzi ictimai layihələri gizlətməli olduq. [Anam] ictimai yerdə olmaq olmazdı - Özbəkistan mediasında, Özbəkistan kanallarında, tədbirlərdə.

Hətta "Fond Forumu" nda [Özbəkistan mədəniyyəti və incəsənəti Forumunun Fondu] olan bəzi şirkətləri rəsmiləşdirmək çox çətin idi. Çünki biz birinci ildən inkar etməyə - o, bununla əlaqəsi olduğunu inkar etməyə məcbur qalmışdı. Bəli, o, Qəyyumlar Şurasının direktoru idi və s.

Lakin, o, heç vaxt bunun onun ideyası olduğunu deyə bilməzdi, yoxsa [babam] dərhal deyərdi ki, "sən mənim əlimdən hakimiyyəti oğurlamağa çalışırsan".

Гульнара КаримоваFotonun müəllifi: GETTY IMAGES
Image captionGülnarə Kərimovanını bu şəkli, onun ev həbsi rejimində saxlanılmasında əvvəl, 2013-cü ilin oktyabr ayında çəkilib.
BBC:Deməli, prezident İslam Karimovun qızının biznes fəaliyyətindən məlumatı yox idi?

İ.K..: Ona nəinki qızının, ölkədə heç kəsin biznes fəaliyyəti barədə məlumatı yox idi - nazirlərin, təhlükəsizlik rəhbərlərinin, bibimin...

BBC: Amma bu qızıdır. O yəgin ki, qızı barədə bilirdi?

İ.K.: Yox, o bilirdi. Onun etdiyi hər şeyi bilirdi - tamamilə bilirdi. Onun qəbul etmədiyi və bir müddət bilmədiyi yalnız bir şey var idi. ..O bununla mübarizə aparmaqdan əl çəkdi, ona görə ki, artıq gec idi, amma onun özüdə başa düşürdü ki, [anam] onun əlindən hökuməti oğurlamağa çalışmır. [Anamın] sadəcə kütlələrə öz mövqeyini və ölkənin mövqeyini çatdırmaq istədiyini anladı.

Özbəkistanda onun etdiyindən çox etməyə qadir olan bir dənə də insan və ya qurum yoxdur. Onun barədə nə gəldi danışmaq olar, lakin hökumətdən də olsa, iş adamı da olsa, bir nəfər də yoxdur ki, onun bacardığı həcmdə xeyriyyəlik işləri və layihələri reallaşdıra. Onlarla min təqaüdün verilməsi, onlarla min insanın xaricə göndərilməsi - müalicə almağa və s.

Bir dənə də adam bunu eləmədi, lakin indi hamı onu təqsirləndirir. Ondan onlarla dəfə daha çox qazanan bu adamlar niyə bunun bir qramını, hətta bir faizini etməyiblər, amma indi bizi təqsirləndirirlər?

BBC: Milyardlarla dollar barədə söhbət gedir. Siz ananıza çox yaxın olmusunuz. Siz onün böyük oğlusunuz. Sizin yəqin ki, onun biznes fəaliyyəti barədə məlumatınız var. Siz dünyanı gəzmisiniz, cürbəcür tədbirlərdə, şənliklərdə olmusunuz - o cümlədən Avropada da - və siz yəqin ki, ananızın nə ilə məşğul olduğunu bilirdiniz? Siz yəqin soruşmuşdunuz - ana bizə bu qədər pul haradan gəlib?

İ.K.: Mən bilirdim. Lakin mən bilirdim ki, bu miqdar mövcüd deyil. İki milyard...

BBC: Bəs onda nə qədərdir?

İ.K.: Mən dəqiq rəqəmi bilmirəm... Amma bilirəm ki, onların iddia etdiyi məbləğin yarısı, hətta dörd də biri belə şişirdilmiş olardı.

Nə üçün heç kəs konkret dəlillər barədə danışmır, sadəcə məbləği deyir? Bir dənə də adam inanmaz ki, MTX-də ittihamlar şişirdilmir. Ağlı başında olan hər kimsə aktivlərə baxıb görərdi ki, onların sahibindən asılı olmayaraq bu məbləğlər kəskin şəkildə şişirdilib. Lakin bu xırda fakt da bütün ittihamların tamamilə şişirdildiyini göstərir.

[...]

Əgər Özbəkistan hakimiyyəti həqiqəti sübut etmək istəyirsə, anamı, Rüstəmi [Madumarov] (Gülnarə Karimovanın keçmiş əri) və Qayaneni [Avakyan] (Gülnarə Karimovanını köməkçisi) və ya onların bu aktivlərlə əlaqəsi olduğunu düşündükləri başqalarını beynəlxalq məhkəməyə cəlb edə bilər. Heç kəs demir ki, onları buraxıb bizə verin. Yox, sadəcə onları beynəlxalq məhkəməyə gətirin ki, heç olmasa beş dəqiqəyə öz versiyalarını ifadə edə bilsinlər. Lakin onlara qohumları ilə əlaqə saxlamağa heç beş dəqiqə belə vaxt vermirlər.

Daşınmaz əmlak

Gülnarə Karimovanın işində onun Londondaki 80 Market Mews adresində yerləşən və oğurlanan pul ilə alındığı iddia edilən evinin də adı çəkilir.

Hüquqi sənədlərə əsasən, ev 2012-ci ildə Porchester Industries Ltd. şirkətinin direktoru və Gülnarə Karimovanın keçmiş əri Rüstəm Madumarov tərəfindən alınıb.

Gülnarənin böyük oğlu, İslam Karimovun özü də 2010-cu ildən bəri Britaniyada yaşayır. O, BBC-ə bu ev barədə heç zaman bir şey eşitmədiyini, onun alınması barədə məlumatı olmadığını və bu evdə heç zaman olmadığını deyib.

İslamın dediyinə görə, Rüstəm Madumarovun özü artıq 4 ildir ki, MTX saxlanma müəssisəsindədir və orda onu döyərək istənilən etirafı əldə etmək mümkün ola bilərdi. "Əgər Rüstəm nəyəsə sahibdirsə, o demək deyil ki, anam da ona sahibdir. Onlar iki fərqli insanlardır - onlar heç evli olmayıblar", İslam Karimov deyib.

Sənədlərdə adı çəkilən başqa bir ev, İsveçrənin Cenevrə şəhərində 2009-cu ildə Gülnarə Karimovanın özü tərəfindən alındığı deyilir. Evin qiymətinin 18 milyon dollar olduğu deyilir.

İslam Karimov deyir ki, bu ev həqiqətən də anasına məxsusdur, lakin o, bu evi özü almayıb. Oğul İslam Karimov bu evin anasına valideynləri, yəni ki, Özbəkistanını keçmiş prezidenti və onun yoldaşı tərəfindən Gülnarə Karimovanını İsveçrəyə işləməyə gəldiyində bağışladığını deyir.

Ислам Каримов-старший с женойFotonun müəllifi GETTY IMAGES
Image captionPrezident İslam Kərimov və yoldaşı Tatyana, 2011-ci ildə Hindistana səfərdə olarkən
"Mən düşünürəm ki, ona heç bu evin qiyməti belə məlum deyildi" deyərək İslam Karimov bu evin alınmasını prezidentin aparatda kiməsə tapşırdığına güman olduğunu bildirib.

"Siz anlamalısınız ki, bu insanların hamısı - işləyirlər və oğurluq edirlər", İslam deyir.

"Müəyyən dərəcədən sonra bizim hakimiyyətdəki bütün insanlar...əlbəttə ki, bəzi istisnalar var...lakin insanların əksəriyyəti oğurlayırlar. Onlara kimsə əmr verəndə ki - "ev tapın" - onlar anlayırlar ki, əgər bu tapşırığı yerinə pis yetirsələr, o deyəcək ki, onlar pul oğurlayıblar. Onlar da qorxub bu evi [18 milyona] aldılar."

İslam həmçinin deyir ki, anasının İsveçrədən getdiyindən sonra bu evin Özbəkistanın İsveçrədəki səfirliyinə köçürülməsi nəzərdə tutulmuşdu.

"Lakin heç kəs Beverly Hills (ABŞ) və başqa yerlərdəki 58, 60 milyonluq evlər barədə bilmir və heç kəs soruşmur ki, bu evlər hansı pula alınıb", İslam bildirib.

"Əvvəl mən düşündüm ki, bəlkə bu barədə bilmirəm. Sonra işin materiallarını oxumağa başladım və digər insanların aktivləri ilə tanış olmağa başladım. Mən anlamağa başladım ki, bunlar bizim deyil. Bura əlavə etdikləri aktivlərin çoxu, demək olar ki, əksəriyyəti başqalarınındır", o, əlavə edib.

Sosial şəbəkələrdə geniş yayılmış bir fotoda, təxminən 16 yaşında olduğu görünən İslam Karimovun 250 min dollar dəyərində olan SLR Mercedes McLaren maşının önündə dayandığı görmək olur. Lakin İslam bunun heç nəyi isbat etmədiyini deyir. O, bu maşının onun anasına hədiyyə verildiyini deyib.

"Lakin bu şəklin çəkilişindən təxminən bir il sonra, o, bundan [hədiyyədən] imtina edib", İslam Karimov deyib.

"Çox adam hədiyyə verməyə, onun etimadını qazanmağa çalışırdı", İslam izah edərək "və maşınlarla maraqlanan hər bir gənc oğlan kimi... hər bir uşaq kimi mən maşını gördüm və sevindim".

"Amma bu, bir maşındır! Heç kəs başqalarının yaxtaları və təyyarələri barədə danışmır", o, israr edib.

"Bir insanı hər tərəfdən məhv edirlər. Əcinnələr ovu aparılır və heç kəs bu insanın müsbət tərəfləri barədə danışmır. Hazırda ölkədə hakimiyyətdə olan insanların çoxu bundan daha pis şeylər edirlər."

"Mən - baxın bu prezidentin qızıdır - yazan hər bir insanın düşüncəli olmalarına çağırıram. Birincisi [Prezidentin bütün] qızlarından, o, ən az fəal olanlardan biridir. İkincisi, bütün ailədə, 5-ci, 6-cı yerdədir, hökumətdəkilər [daxil olmaqla], o, 10-12-ci yerlərdədir. Başqaları babam öləndə konteynerlərlə nəğd pulu çıxarıblar. O, vaxt artıq anam ev həbsində idi. Bəs niyə başqalarının günahları bizim boyunumuza asılır?", İslam Karimov soruşur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar